Samsung Galaxy telefonunuzda "Kamera" tətbiqində səhv və ya nasazlıq varsa nə etməli

Son yeniləmə tarixi : 23-04-2025

Əgər kameradan istifadə edərkən ekranda "Kamera xətası" xəbərdarlığı görünürsə, yaxud smartfon donursa və ya səhv işləyirsə, bu məqalədəki tövsiyələrdən istifadə edin.

"Kamera" tətbiqində səhvlərin aradan qaldırılması
1 Proqram təminatı və sistem tətbiqlərinin yenilənməsini yoxlayın.
2 "Kamera" tətbiqinin məlumatlarını təmizləyin.
Parametrlər > Proqramlar > Kamera > Yaddaş yeri > Məlumatları sil.
3 "Kamera" tətbiqinin parametrlərini sıfırlayın.
Parametrləri Parametrləri

1. Kameranı açın və Parametrləri açmaq üçün dişli çarx işarəsinə basın.

Parametrləri sıfırla Parametrləri sıfırla

2. Parametrləri sıfırla seçin.

Sıfırlansın Sıfırlansın

3. Sıfırlansın düyməsini basın.

4 Yaddaş kartı olmadan kameranın işini yoxlayın.

Əgər smartfonunuzda yaddaş kartı quraşdırılıbsa, kameranın işindəki xətalar onun səhv işləməsindən qaynaqlana bilər.

Telefonunuzdan yaddaş kartını çıxarmağa və kart olmadan kameranın işini yoxlamağa çalışın.

  • Əgər yaddaş kartı olmadan kamera düzgün işləyirsə, deməli problem ondan qaynaqlanır. Yaddaş kartını formatlaşdırmaq lazımdır. Bunun üçün "Galaxy cihazınız SD-kartı aşkar etməsə, nə etməli" məqaləsindən istifadə edin.

  • Əgər yaddaş kartı olmadan xəta davam edirsə, növbəti tövsiyəyə keçin.
5 Smartfonun təhlükəsiz rejimdə işini yoxlayın.

Telefonun işinə yüklənmiş tətbiqlərdən biri təsir edə bilər. Bunu yoxlamaq üçün smartfonu təhlükəsiz rejimdə işə salın. Bu rejimdə bütün yüklənmiş tətbiqlər söndürülür və cihazın işinə təsir etmir. Kameranın işində xətaların olub-olmadığını yoxlayın.

Əgər təhlükəsiz rejimdə kamera düzgün işləyirsə, deməli problem yüklənmiş tətbiqlərdən birindədir. Yüklənmiş tətbiqləri bir-bir silin və cihazın işini yoxlayın. Son quraşdırılmışlardan başlamaq daha yaxşıdır.

Əgər təhlükəsiz rejimdə problem davam edirsə, növbəti tövsiyəyə keçin.

6 Smartfonun parametrlərini sıfırlayın.

Smartfon və ya planşetin tam sıfırlanması onu zavod parametrlərinə qaytaracaq və proqram xətalarını aradan qaldıracaq.

Parametrlərin sıfırlanması cihazınızdakı bütün məlumatların silinməsinə səbəb olacaq.
Tövsiyə edirik ki, sıfırlamadan əvvəl bütün vacib məlumatlarınızın ehtiyat nüsxəsini yaradın.

Əgər yuxarıdakı tövsiyələr problemi həll etməyibsə, smartfonunuzun diaqnostikası üçün ən yaxın servis mərkəzinə müraciət etməyinizi təklif edirik.


Şərhiniz üçün təşəkkür edirik!